Vaqif Mustafazadənin əsərləri səsləndirilib

 

Beynəlxalq Muğam Mərkəzində bəstəkar, pianoçu, caz-muğamın yaradıcısı, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin (1940-1979) anadan olmasının 79-cu ildönümünə həsr edilmiş konsert keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşən gecədə V.Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında maraqlı konsert proqramı təqdim olunub.

Konsertdə caz orkestrinin müşayiəti ilə caz, reqtaym, blüz janrlarında əsərlər ifa edilib. Bununla yanaşı, məktəbin şagirdlərinin musiqi mövzusunu əks etdirən rəsmlərindən ibarət sərgi də təşkil olunub.

Konsert tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.4.