Mehdi Hüseynin xatirəsi yad edilib

 

 

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq yazıçısı, Dövlət mükafatı laureatı Mehdi Hüseynin (1909-1965) anadan olmasının 110 illiyi münasibətilə tədbirlər planı hazırlanıb.

Kitabxananın əməkdaşları Fəxri xiyabana gələrək yazıçının məzarını ziyarət ediblər.

Kitabxanada təşkil olunanMehdi Hüseyn dramaturgiyası” adlı kitab sərgisinə  baxış keçirilib.

Mehdi Hüseyn irsinin zənginliyi” mövzusunda mühazirədə ədibin yaradıcılığından söz açılıb. Bakı Dövlət Universitetinin  tələbələri mövzu ətrafında çıxışlar ediblər.

 

Mədəiyyət.- 2019.- 5 aprel.- S.7.