Uğurun işığında”

 

 

 

Aprelin 5-də “Libraffkitab mağazasında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Uğurun işığında” adlı tədbir keçirilib.

Tədbirdə MDB üzrə uşaq və yeniyetmələr arasında keçirilən Beynəlxalq ədəbiyyat müsabiqəsinin qalibləri Ayla Məlikzadə və Sahib Fətiyevin əsərlərinin yer aldığı “Nağıllarla səyahət”, altı şagirdin birgə qələmə aldığı “Qorxulu meşə” və Elgün Eyyubovun detektiv janrda yazdığı “Gizli şahid” kitabları haqqında ətraflı məlumat verilib.

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova qeyd edib ki, uşaq qəlbi çağlayan bulaq suyu kimi saf, təmiz və şəffafdır. Buna görə də qəlbdən süzülən bu yazılarda onların xəyal dünyası, arzu və ümidləri, həyata baxışları, sevinci, kədəri və qəzəbi aydındır. Bu baxımdan bu yeniyetmə məktəblilər ərsəyə gətirdikləri kitablarla böyük ümidlər vəd edirlər.

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, uşaq yazıçılarından Zahid Xəlil, Qəşəm İsabəyli, uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli, yazıçı Elxan Elatlı, tanınmış jurnalist Səməd Məlikzadə və digər qonaqlar iştirak ediblər.

Yeni formatlı ixtisasartırma kursları Lənkəranda başlayacaq

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən mədəniyyət müəssisələrində çalışan əməkdaşların kreativ peşə səriştələrinin formalaşdırılması məqsədilə yeni tədris modulları əsasında təşkil olunacaq təlimlərin vaxtı müəyyənləşib.

“Mədəniyyət işçilərinin kreativ peşə səriştələri”, “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin filiallarında, digər mədəniyyət evləri və klublarda yaradılmaların (dərnək, kurs, kollektiv, birliks.) təşkili”, “Kütləvi tədbirlərdə aparıcılıq  və digər mövzularda ixtisasartırma kursları keçiriləcək.

Mərkəzin 22-26 aprel tarixində Lənkəranda keçiriləcək ilk təlimlərinə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları da qatılacaqlar. Təlimlər mədəniyyət müəssisələri ilə yanaşı, Lənkəran Dövlət Universitetində də təşkil olunacaq.

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.4.