Yubilyar yazıçı ilə görüş

 

 

 

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 60 yaşını qeyd edən (7 aprel) Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.

Filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı detektiv janrda əsərlər ilə dünya şöhrəti qazanan yazıçının həyat və yaradıcılığı barədə məlumat verib.

Sonra Ç.Abdullayev əsərlərinin süjet xətti, onlar əsasında çəkilən filmlər haqqında oxucuların suallarını cavablandırıb.

Xalq yazıçısı görüşdə ona ünvanlanmış ən yaxşı suala və əsərlərinin ən yaxşı oxucusu müsabiqəsinin qaliblərinə yeni çapdan çıxmış kitablarını hədiyyə edib.

Görüşdə yazıçının əsərləri əsasında çəkilmiş “Dronqo”, “Xeyirlə şərin rəqsi” filmlərindən epizodlar nümayiş etdirilib.

 

Mədəniyyət.- 2019.-10 aprel.- S.4.