Qara Qarayevin fortepiano əsərləri Almaniyada çapdan çıxıb

 

 

 

Ölkə Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşkilatçılığı ilə “Qara Qarayevseçilmiş fortepiano əsərləri” kitabı Almaniyada çap olunub.

Bellmannmusiqi nəşriyyatı tərəfindən alman dilində şərhlərlə nəşr olunan kitaba, həmçinin Azərbaycanın Əməkdar artisti Elnarə İsmayılovanın ifasında Qara Qarayevin fortepiano əsərlərindən ibarət audio disk daxil edilib.

Kitab Almaniyada musiqimizin geniş təbliği, avropalı gənc nəslə Azərbaycan musiqisinin parlaq simalarını tanıtmaq məqsədilə hazırlanıb.

 

Mədəniyyət.- 2019.- 12 aprel.- S.3.