“Mən səninləyəm, ana Vətən” bədii-sənədli filmi nümayiş olunub

 

 

Aprelin 10-da Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə Binə Mədəniyyət mərkəzində Aprel döyüşləri (2016) şəhidi Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm, ana Vətən” adlı bədii-sənədli filmin nümayişi keçirilib.

MKS-nin direktoru Vəfa QuliyevaQarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri Cəmiyyəti Xəzər rayon təşkilatının sədri Səfa Əliyev çıxış ediblər.

Sonra filmin yaradıcı heyəti təqdim edilib. Qeyd olunub ki, ekran əsərinin prodüseri Xəqani Haşımov, quruluşçu rejissoru Elşən Zeynallıdır.

Tədbirdə 149 nömrəli məktəbin şagirdləri şeir oxuyublar.

Şəhidin anası Ceyran Axundova çıxış edərək filmin yaradıcı heyətinə, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonda film nümayiş olunub.

 

Mədəniyyət.- 2019.- 12 aprel.- S.3.