Xalq rəssamının 80 illiyi qeyd edilib

 

 

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq rəssamı Rafiz İsmayılovun 80 illik yubileyi qeyd edilib. Kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov və başqaları çıxış edərək yubilyarın rəssamlıq sənətimizin inkişafında xidmətlərindən danışıblar.

Vurğulanıb ki, Rafiz İsmayılov 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işə başlayan sənətkar onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı olub, sənətdə xidmətlərinə görə 2000-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.

Çıxış edənlər yubilyarı təbrik edərək ona cansağlığı, yeni nailiyyətlər arzulayıblar.

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.3.