“Nərgizin nərgizləri” təqdim olunub

 

 

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İnqilab İsaqın “Nərgizin nərgizləri” adlı kitabının təqdimatı olub.

Tədbirdə kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək ədibin yaradıcılığından danışıb.

138 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının təqdimatında ədibin uşaqlar üçün yazdığı “Nərgizin nərgizləri” kitabının əsasında hazırlanmış kompozisiya, şairin həyat və yaradıcılığını əks etdirən videoçarx, eləcə də milli rəqs nümunələri təqdim olunub.

Sonda İnqilab İsaqa kitabxananın ərsəyə gətirdiyi “Türk dünyasının nağıl bağı” adlı kitab hədiyyə edilib.

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.5.