“Məktəblilərin gənc Şerloku

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “3 alma” nəşriyyatının birgə təşkilatçılığı ilə reallaşan “Məktəblilərin gənc Şerloku” rəsm müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Aprelin 12-də “LİBRAFF” kitab mağazasında təşkil olunan tədbirdə uşaq yazarı Reyhan Yusifqızı, şagirdlər, pedaqoqlar, valideynlər iştirak ediblər.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova çıxış edərək müsabiqənin qaliblərini təbrik edibonlara uğurlarının davamlı olmasını arzulayıb.

Sonra müsabiqənin qalibləri mükafatlandırılıb. 1-ci yerin sahibinə yaşının 2 misli qədər kitab, 2-ci yerin qalibinə 14 kitab, 3-cü yerin sahibinə isə 7 kitab hədiyyə edilib.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd kitab və mütaliəyə olan marağı artırmaq, istedadlı uşaqları üzə çıxarmaqdır.

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.5.