“İpək yolu – gənc arzular

 

 

Çinin paytaxtı Pekində ikinci “İpək Yolu – gənc arzular” adlı mədəni mübadilə festivalı keçirilib. İpək Yolu Şəhərləri Alyansının və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən festivalda 70 ölkədən 300-dən çox gənc və yeniyetmə iştirak edib.

Tarixi İpək Yolu üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni mübadiləni gücləndirmək və ümumi gələcəyin qurulmasına töhfə vermək məqsədi daşıyan festivalda musiqi, natiqlik, foto sənəti və qum rəssamlığı üzrə müsabiqələr keçirilib.

Ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə Azərbaycan nümayəndələri də festivalın bir neçə müsabiqəsində bacarıqlarını sınayıblar. Əməkdar artist Sahib Paşazadənin tarda ifa etdiyi Azərbaycan muğamlarından parçalarÇin xalq musiqisi tamaşaçıların və beynəlxalq münsiflər heyətinin rəğbətini qazanıb. Münsiflərin qərarına əsasən, Sahib Paşazadə alət ifaçıları arasında qalib elan olunub. Ona festivalın sertifikatı və kuboku təqdim edilib.

Pekindəki Pakistan kollecinin 9-cu sinif şagirdi İslam Xəlillinin Göygöl rayonunda təbiət qoynunda çəkdiyi fotoşəkil 3-cü yerə layiq görülüb. Renmin Universitetinin magistri Fərahim Hüseynzadə natiqlik müsabiqəsində iştirak edərək, Azərbaycanın tolerantlıq və multikultural ənənələrindən danışıb.

Qeyd edək ki, festival çərçivəsində İpək Yolu Ölkələrinin İncəsənət Ustalarının Alyansı təsis edilib.

 

Mədəniyyət.- 2019.- 17 aprel.- S.8.