Abidələr və tarixi məkanlar xalqımızın milli-mədəni yaddaşıdır 

 

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olundu

 

18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü bu il də ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir. 1983-cü ildə UNESCO yanında Abidələrin və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (İCOMOS) təşəbbüsü ilə təsis edilən gün bəşəriyyətin diqqətini bir daha tarixi-mədəni irsə yönəldir.

Aprelin 18-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakıdakı “Bulvar Hotel”də əlamətdar günə həsr olunmuş tədbir keçirildi. Tədbirdə nazirliyinMilli irs mükafatı”nın və “İrs” silsiləsindən növbəti nəşrin təqdimatı da oldu.

Tədbir ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı video-çarxın nümayişi ilə başlandı. Həmçinin “Azərbaycan fotolarda” və “Azərbaycanın rəngləri” layihəsinin müəllifi gənc fotoqraf Etibar Cəfərovun ölkəmizin memarlıq irsini əks etdirən fotolardan ibarət slaydlar nümayiş olundu.

Mərasimdə çıxış edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirdi ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür. Vurğulandı ki, abidələr və tarixi yerlərimiz xalqımızın zəngin tarixini bir daha nümayiş etdirir, bizə hər an kimliyimizi, nəyə qadir olduğumuzu xatırladır, vətən sevgisiona sadiqlik hislərini aşılayır.

Zakir Sultanov qeyd etdi ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.

Dövlət Xidməti bir sıra tarixi abidələrin bərpa və konservasiyasını həyata keçirib, hazırda bu istiqamətdə layihələr davam etdirilir. Ötən il ərzində Şamaxının Dəmirçi kəndində XVII əsr məscidinin bərpası, Dəmirçi-Lahıc yolunda nekropolunqala divarlarının konservasiyası başa çatdırılıb, Şəkidə Bəxtiyar Vahabzadənin ev-muzeyində yenidənqurma, Bərdədə “Allah-Allah” türbəsində bərpa, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində, Şuşa Dövlət Dram Teatrı üçün ayrılmış binada təmir-yenidənqurma işləri aparılıb.

Arxeoloji irsin qorunması sahəsində il ərzində tarixi ərazilərdə 30-dan çox elmi ekspedisiya fəaliyyət göstərib. Yerli mütəxəssislərlə yanaşı, əcnəbi alimlər də arxeoloji qazıntılarda iştirak ediblər.

Dövlət Xidmətinin rəisi çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik etdi, uğurlar arzuladı.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev mərasimdə çıxış edərək bu əlamətdar günün əhəmiyyətindən danışdı. Bildirdi ki, ölkəmizdə yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr var. Azıx mağarası, Qobustan məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Vaqif Əliyev bildirdi ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da hər il geniş şəkildə qeyd olunur, qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər, “açıq qapı” günü təşkil edilir.

Diqqətə çatdırıldı ki, bu il UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. 2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə Qobustan Milli Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya irsi siyahısına daxil edilib. Digər tarixi yerlər və abidələrimizin də bu siyahıya daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Sonra “İRS nəşriyyat evinin rəhbəri Musa Mərcanlı “İrs” silsiləsindən “Daş keşikçilər” kitabının ərsəyə gəlməsindən danışdı, nəşrin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu il tarixi-mədəni irslə bağlı daha iki kitabın nəşri planlaşdırılır.

Bu silsilədən nəşr layihələrinə dəstək verən PAŞA Həyat Sığorta ASC-nin sədri Niyaz İsmayılov beynəlxalq günün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, tarixi abidələrin mühafizəsinə diqqət göstərmək hər bir vətəndaşın borcudur.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkə arasında əlaqələrdən danışaraq, digər sahələrdə olduğu kimi, mədəniyyət səviyyəsində də uğurla inkişaf etdiyini dedi. Bildirdi ki, bu fəaliyyətin nümunəsi kimi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası həyata keçiriləcək. Birgə layihələr bundan sonra da davam etdiriləcək.

Daha sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpası haqqında niyyət məktubu imzalandı. Sənədə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və TİKA-nın Bakı koordinatoru Teoman Tiryaki imza atdılar.

Tədbirdə həmçinin Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirlik tərəfindən 2013-cü ildə təsis edilmişMilli irs mükafatı”nın növbəti təqdimatı oldu.

“Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə” nominasiyası üzrə AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, “Azərbaycan mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə” nominasiyası üzrə Əməkdar memar, memarlıq üzrə elmlər doktoru Zahidə Məmmədova, “Azərbaycan irsinin təbliğindəki xidmətlərinə görə” nominasiyası üzrə “Azerbaijan Airlinesbort jurnalının redaksiyası “Milli irs mükafatı”na layiq görüldü.

Bundan əlavə, mədəni irsin qorunması və təbliğində xidmətlərinə görə Quba Soyqırımı Memorial Kompleksinin kollektivi, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Dövlət reyestrinin aparılması, abidələrə və tədqiqatlara nəzarət sektorunun müdiri Pərviz Nəcəfov, Qobustan Milli Tarixi-Bədii Qoruğunun Ekskursiya kütləvi şöbəsinin müdiri Sənan Umuyev, Astara rayonu üzrə abidə mühafizəçisi Nadirə Dadaşova, Yardımlı rayonu üzrə abidə mühafizəçisi Səbrəli MusayevQazax rayonu üzrə abidə mühafizəçisi Səadət Əliyeva Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildilər.

 

F.HÜSEYNOV

 

Mədəniyyət.-2019.- 19 aprel.- S.1-2.