Şəkidə “Böyük Qafqaz kuboku” rəqs yarışması

 

 

 

Şəki Dövlət Dram Teatrının səhnəsində Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə “Böyük Qafqaz kuboku” adlı rəqs yarışması keçirilib.

Yarışmada müxtəlif bölgələri təmsil edən rəqqaslar iştirak ediblər.

Dörd yaş (6 yaşadək, 10 yaşadək, 16 yaşadək, 16 yaş və yuxarı) kateqoriyası üzrə gerçəkləşən müsabiqədə müxtəlif rəqs növlərində ifalar təqdim olunub.

Şəki Uşaq incəsənət məktəbinin rəqs kollektivi 3 xarici rəqs (cerlidenq, müasirmodern) və Azərbaycan rəqsi üzrə müvəffəqiyyət qazanaraq birinci yerə layiq görülüb. Yarışmanın sonundaBöyük Qafqaz kuboku” müsabiqə qaliblərindən biri olaraq məktəbin rəqs müəlliməsi Xumar Əsədovaya təqdim edilib.

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.7.