Dunyo Boylabda Azərbaycan haqqında növbəti veriliş

 

 

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə özbəkistanlı jurnalistlərin ötən il Azərbaycana təşkil etdiyi mediaturun nəticəsi olaraq yerli telekanallarda ölkəmizə dair verilişlər yayımlanır.

Aprelin 14-də “Dunyo Boylab” kanalında 647239 efirə gedib.

Jurnalist Gulsara Soathonovanın təqdim etdiyi verilişdə Azərbaycanın dünya şöhrətli Naftalan sanatoriyaları, Naftalan neftinin tarixi, müalicəvi əhəmiyyətindən söhbət açılır.

Verilişdə Azərbaycanın qədim və ikinci böyük şəhəri, dahi Nizaminin yurdu olan Gəncə haqqında, şəhərin tarixi, görməli yerləri barədə məlumat verilir, Azərbaycan təbiətinin mirvarisi olan Göygöl gölü haqqında maraqlı kadrlar nümayiş etdirilir.

Jurnalist qədim tarixə malik Şəki şəhərinə səfərindən də bəhs edib, bu şəhərdə XVIII əsrdə tikilən “Yuxarı karvansara”, unikal memarlıq abidəsi olan Şəki Xan sarayı, Şəki ipəyi, Şəki halvası haqqında məlumat verib, Şəkinin qədim şəbəkə sənəti, şəhərin yaxınlığında yerləşən Kiş kəndi, orada eramızın ilk əsrlərinə aid olan xristian məbədindən söz açıb.

Qeyd edək ki, Heydər Əliyev adına AMM-in təşəbbüsü ilə 2016-cı ildən etibarən hər il özbək jurnalistlərin Azərbaycana mediaturu təşkil edilir.

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.8.