Cahan mənəm...”

 

 

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Muğam sənəti kafedrasının hazırladığı, böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşCahan mənəm...” adlı bədii-musiqili gecə təqdim edilib.

Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində baş tutan gecədə ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralova “Nəsimi ili” çərçivəsində bir çox layihələr həyata keçirildiyinibu konsertin həmin silsilədən olduğunu diqqətə çatdırıb.

Sonra ADMİU-nun Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanovun rəhbərliyi ilə hazırlanan kompozisiya təqdim olunub. Tələbələrdən Məftun Səfərli, Ramil Hümbətli, Rəvan Qaçayev, Vüqar Əbilovun ifasında “Nəsimi” bədii filmindən “Qafil, oyan”, “Eylədi” mahnısı (musiqi: Emin Sabitoğlu), “Şur” və “Segah” təsnifləri, “Səmayi-şəms” ritmik muğamı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə ifaçıları əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança), Vüsal Qasımov (tar), Kamal Abdullayev (kamança), Pərviz Əlikramoğlu (balaban), Xəyyam Quliyev (ud) və Cavidan Nəbiyev (nağara) müşayiət ediblər.

Sonda Teyyub Aslanov çıxış edərək Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova gənc ifaçılara göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.5.