Soydaşımız Qazaxıstanda tamaşa hazırlayıb

 

 

 

Azərbaycanlı rejissor Mikayıl Mikayılov Qazaxıstanda növbəti tamaşaya quruluş verib.

K.S.Stanislavski adına Karaqanda Rus Dram Teatrında F.M.Dostoyevskinin “Dayımın yuxusupovesti əsasında tamaşa hazırlayan rejissor səhnə əsərinin janrını “ikihissəli qalmaqal-karnavalkimi təyin edib. Səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşanın premyerası aprelin 20-21-nə nəzərdə tutulub.

 

Mədəniyyət.- 2019.- 19 aprel.- S.8.