Füzuli teatrında “Nəsimi eşqi

 

 

Füzuli Dövlət Dram Teatrında “Nəsimi ili” ilə əlaqədar teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan “Nəsimi eşqipoetik xalq tamaşası rayon ictimaiyyətinə təqdim olunub.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Rolları Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Sehran Xanlarov, Vaqif Rəhimov, Sevinc Məmmədova və başqaları ifa edib. Nəsimi yaradıcılığını və həyat hekayəsini əks etdirən tamaşa maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2019.- 24 aprel.- S.2.