Məşhur rusiyalı xoreoqraf BXA-da

 

 

 

Dünyaca məşhur xoreoqraf, Rusiyanın Əməkdar artisti, pedaqoq, professor Azari Plisetski Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Təhsil Kompleksində olub.

Əvvəlcə məşhur xoreoqrafı akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev qəbul edib. Görüşdə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq müzakirə edilib.

Azari Plisetski səmimi qəbula görə rektora minnətdarlığını bildirərək, akademiya haqqında təəssüratlarını bölüşübBXA-da ustad dərsləri keçmək arzusunda olduğunu bildirib.

Daha sonra A.Plisetski tədris işləri üzrə prorektor, professor Sevda Sadıxbəyova və xarici əlaqələr üzrə prorektor, Xalq artisti Təranə Muradova ilə də görüşüb. Prorektorlar qonağa BXA-da tədris prosesi, qəbul qaydaları, beynəlxalq əlaqələr, məşhur xoreoqrafların klassikmodern rəqs üzrə keçdikləri ustad dərsləri haqqında ətraflı məlumat veriblər.

Sonda isə A.Plisetski akademiyanın professor-müəllim, tələbə-şagird heyəti ilə görüşüb və dərslərdə iştirak edib. Qonaq ona ünvanlanmış sualları cavablandırıb.

 

Mədəniyyət.- 2019.- 24 aprel.- S.4.