İsmayıl Şıxlı Abdulla Şaiqin mənzil-muzeyində yad edilib

 

 

 

Abdulla Şaiqin mənzil-muzeyində Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.

Muzeyin direktoru Ülkər Talıbzadə çıxış edərək ədibin həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra BDU-nun Filologiya fakültəsinin üçüncü kurs tələbəsi Elida Muxayevanın, muzeyin böyük elmi işçisi Arzu Hacıyevanın İsmayıl Şıxlının həyat və yaradıcılığı ilə bağlı məruzələri dinlənilib.

Tədbir konsert proqramı ilə davam edib.

Ədibin oğlu, Əməkdar jurnalist Elçin Şıxlı atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilində zəhməti olan hər kəsə təşəkkür edib.

 

Mədəniyyət.- 2019.- 24 aprel.- S.4.