Şəki məktəblilərinin Zaqatala və Balakəndə konserti

 

 

 

Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin kollektivi Zaqatalada və Balakəndə musiqi proqramı ilə çıxış edib. Bu kimi tədbirlərin təşkil olunması musiqi kollektivlərinin bir-birilərini daha yaxından tanımasına, təcrübə mübadiləsinə və qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsinə şərait yaradır.

Hər iki konsert proqramında şəkili şagirdlərin ifaları alqışlarla qarşılanıb. Zaqatala şəhər Uşaq incəsənət məktəbinin direktoru Fərhad Acırqayev və Balakən Uşaq incəsənət məktəbinin direktoru Arifə Tağıyeva qonaq kollektivə təşəkkürlərini bildiriblər.

Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin direktoru Tərlan Məmmədov konsertin keçirilməsinə şərait yaratdıqları üçün Zaqatala və Balakən məktəblərinin rəhbərliyinə minnətdarlıq edib.

 

Mədəniyyət.- 2019.- 24 aprel.-S.5.