Sənət sevgi və fədakarlıq istəyir

 

 

 

“Azərbaycana içimdə böyük eşq var. Fərd olaraq vətənim üçün bir şey etmək istədim, ona görə də rəqs qrupunu qurdum

Dərya Akdemir əslən azərbaycanlıdır. Türkiyənin Qars şəhərində doğulub. Bir neçə il öncə “Anka” Azərbaycan rəqs sənəti qrupunu yaradıb. Müxtəlif tədbirlərdə Azərbaycanı, rəqs sənətimizi tanıdır, təbliğ edir. Onunla müsahibəni təqdim edirik.

 

- Dərya xanım, Azərbaycan rəqsini Türkiyə və başqa ölkələrdə tanıtmaq üçün səy göstərirsiniz. Rəqs qrupu yaradıbsınız, Türkiyənin bir çox şəhərlərində və digər ölkələrdə çıxış edirsiniz. Bu nailiyyətləri necə əldə etdiniz?

- Azərbaycan rəqs sənəti qrupunu 2016-cı ildə qurdum. Azərbaycana içimdə çox böyük sevdaeşq var. Fərd olaraq Vətənim üçün bir şey etmək istədim. Buna görə də düşündüm ki, mən onsuz da rəqsi sevirəm, rəqs edirəm, bəs niyə bunu öyrətməyim, bunun vasitəsilə mədəniyyətimizi təbliğ etməyim? Rəqslə bağlı bir çox xatirələrim var. Son bir hadisəni heç unutmuram. Bursa İznik Festivalında Azərbaycanı təmsil edirdim. Solo olaraq “Mirzəyi” rəqsini oynadım orada. Səhnədən endikdən sonra baxıb gördüm ki, orada yaşayan azərbaycanlılar balaca uşaqları ilə “Səni gördük, Vətən həsrətimiz dindideyib mənə sarıldılar. O anda doğru yolda olduğumu bir daha anladım. Demək, Vətənim üçün gözəl işlər görürəm. Əlbəttə ki, uğurları təqdir edibyolun açıq olsun” deyənlər də olur, “bu işi görmə” deyənlər də. Mən qulaqlarımı yaxşı olmayan sözlərə tıxamışam, öz yolumla gedirəm. Ölənə qədər də rəqslə məşğul olacağam. Çünki bu işi sevgi ilə görürəm. Mən həm də şeir yazıram. Şeirlərin bir qismini Azərbaycan, bir qismini də Türkiyə türkcəsində yazıram. Azərbaycana eşqimi, Vətən həsrətimi dilə gətirdim, Xocalı ilə bağlı da yazdım.

 

- Kitabınızın adı “Susdumdur. Niyə susdunuz?

- Niyə susdum? Vətənimi önə çıxararkən bir çox maneələrlə qarşılaşdım. “Anka” Azərbaycan rəqs qrupunu bu səviyyəyə gətirənə qədər gerçəkdən həm maddi, həm mənəvi baxımdan çox çətinliklər çəkdim, amma yenilmədim, kim nə dedisə, susdum, işimi gördüm. Ona görə kitabımın da adını “Susdumqoydum. Həyatdır da, insana hər şeyi öyrədir. Ona görə hələ də öyrənirik və öyrənməyə davam edirik.

 

- Bir hindli bir hind rəqsini, bir yunan bir yunan rəqsini daha gözəl oynayır. Çünki mənsub olduğu millətin ruhunu daşıyır. Siz də, öz sözlərinizlə desək, Azərbaycan genlərini daşıyırsınız…

- Mənim ata tərəfim Qarabağdandır. Rusiya işğalından və o torpaqlarda ermənilər yerləşdirilməyə başlanandan sonra Qarabağdan çıxarılıblar. Ana tərəfim isə Toğanadandır. Toğana Azərbaycanın Göygöl bölgəsində bir kənddir. Yəni əsil azərbaycanlıyam.

Təbii ki, sizin sözlərinizdə həqiqət var, amma istisnalar da olur. Məsələn, mənim şagirdlərimdən biri türk qız uşağıdır, yəni Azərbaycan soylu deyil. Amma onun mənə, Azərbaycan rəqslərinə sevgisini görürəm. Atası etiraf edir ki, uşağım “Mən Azərbaycan qızıyam” deyir. Həqiqətən də, o qız səhnəyə çıxanda azərbaycanlılar deyir: “Bu qız azərbaycanlıdır”. Mənsə deyirəm: “Yox, Türkiyə türküdür, amma ruhu azərbaycanlıdır”. Yəni biz burada sadəcə rəqs öyrətmirik, o torpaq sevgisini də öyrədirik.

 

- Azərbaycan və ya hər hansı bir xalqın milli rəqsi dedikdə, burada milli rəqs geyimləri mövzusu da önə çıxır...

- Türkiyədə doğulmuşam, burada yaşayıram, amma tez-tez Azərbaycana gedib-gəlirəm. Onsuz da məndən soruşanda “Vətənin haradır”, mən “Azərbaycandır” deyirəm, çünki qanım oradandır. Rəqs geyimləri ilə bağlı onu deyim ki, Azərbaycana gedəndə muzeylərdə milli geyimləri, naxışları və s. də araşdırıram. Buta, çiçək, onların rəngləri hansı mənanı daşıyır, bilməliyəm. Hətta hər rəqsin belə öz rəngi, öz paltarı var. Məsələn, keçmişdə sarı paltarı gənc qız geyinə bilməzdi, dul qadın geyimi idi. Qızlar daha çox yaşıl və ya çəhrayı kimi gəncliyi ifadə edən rənglərdə geyinərdi. Rəqs kostyumlarını özüm hazırlayıram. Dizaynını da, dərziliyini də özüm edirəm. Gündüzlər məşq və ya konsertdə oluram, gecələr də rəqs paltarları tikirəm. Çox diqqətlə yanaşıram ki, milli geyimlərin orijinallığı pozulmadan bu işi görüm və gənc nəsillər də eyni şəkildə bu işi özlərindən sonrakılara ötürsün.

Paltarlar üzərinə dekorativ bəzəkləri də daha çox Azərbaycandan özüm gedib gətirirəm, sonra burada düzürəm. Milli geyimlər hazırlamaq həm də xərc tələb edir. Bu paltarların parçaları parlaq, çox keyfiyyətli olmalıdır. Uşaq qrupunun rəqs paltarlarını da eyni şəkildə hazırlayıram. Bir çox festivallarda geyim dəyərləndirməsində Azərbaycan milli geyimi birinci olub. Bu məni həm Azərbaycan adına, həm öz adıma çox qürurlandırır.

 

- Rəqs sənəti ilə məşğul olmaq, onu öyrətmək üçün yer, məkan da lazımlıdır...

- Mən həmşirəyəm, Azərbaycan dilində desəm, tibb bacısıyam. Bu işimin maaşını mən tamamilə rəqs sənətinə, Vətənimin sevdasına sərf edirəm. Çünki bu yola pul qazanmaq məqsədilə çıxmadım. Amma sənətdən qazanmadınmı? Qazandım. Qazanıb sənətə xərclədim. Məncə, insan mənən bir işin öhdəsindən gəlmək üçün yola çıxırsa, o yolda uğur onu tapır.

Anka” Azərbaycan rəqs qrupunu yaratdığım zaman çox yaxınlarım, dostlarım mənə dedilər: “Yazıqsan, rəqsə bu qədər vaxt, pul sərf etmək yerinə get ev al, rahatlığına bax”. Dedim: “Yox, mən bunu bacaracağam”. Mən öyrənmək baxımından bir yerdə durmuram, “Özümü daha yüksəyə çatdırmaq üçün nə edə bilərəm” deyə çalışıram. Olduğumuz ölkələrdə bir çox mükafatlar aldıq. Kipr Türk Xalq Rəqsləri Federasiyasının sədri Özlem Kadirağa bu işdə mənə həm maddi və mənəvi dayaq oldu. Ona hər zaman sonsuz təşəkkürüm var.

Zəmanədəndir, ya nədəndir, bilmirəm, insanlarda vətən həsrəti get-gedə azalır, amma məndə, əksinə, artır. Haqqında bəhs etdiyim kitabımda da görəcəksiniz və hiss edəcəksiniz ki, mən o şeirləri ağlayaraq yazmışam.

Yaxınlarda bir konsert proqramında çıxış etdim. Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim fəxri qonağımız idi. Bələdiyyə sədri, nazir millət vəkilləri gəlmişdi. O tədbirdəMənim Vətənim Azərbaycandırşeirimi oxudum, alqışlarla qarşılandı.

 

- Qars şəhərində dünyaya gələn bir azərbaycanlı xanım yaşının ən gözəl çağınıömrünü, gününü Azərbaycan rəqslərini tanıtmağa həsr edib. Bu, əslində bir fədakarlıqdır...

- Düzdür, əsl sənət sevgi, fədakarlıq istəyir. Üstəlik, mən həm anayam. Qızım Damla da rəqs sənətinin yolçusudur, uşaq rəqs qrupunda oynayır. Mənim genimdən qədər faydalana bilsə, o qədər yaxşı olar, “bir azərbaycanlımız da artıq olardeyə düşünürəm.

 

 

Mehparə SULTANOVA

Ankara

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.5.