Ruhun zəfəri” plakat müsabiqəsinə yekun vurulub

  

 

 

Rəssamlar İttifaqının Azərbaycan Milli Paraolimpiya Komitəsi ilə birgə keçirdiyiRuhun zəfəri” adlı plakat müsabiqəsinə yekun vurulub.

May ayında Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-pri yarışına həsr olunmuş müsabiqənin qalibləri Milli Paraolimpiya Komitəsində mükafatlandırılıblar.

Komitənin prezidenti İlqar Rəhimov və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Zaur Kantemirov müsabiqənin əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, “Ruhun zəfəri” plakat müsabiqəsində üç nəfər qalib olub. Birinci yerə Şahin Hüseynli, ikinci yerə Ağadadaş Qasımov, üçüncü yerə isə Lalə Hüseynova layiq görülüb. Daha üç nəfərə isə həvəsləndirici mükafat təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.8.