Heykələ dönmüş qardaşlar

 

 

Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rayon şöbəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına Mərkəzi kitabxanada şəhid VaqifZakir Fərzullayev qardaşlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə 20 Yanvar küçəsindəki parkda şəhid qardaşların büstü ziyarət edilib. Tədbirdə VaqifZakir Fərzullayev qardaşlarının ailə üzvləri və döyüş yoldaşları iştirak edib.

MKS-nin direktoru E.Urufov belə tədbirlərin yetişməkdə olan gənc nəsildə torpağa məhəbbət, vətənpərvərlik hissinin aşılanmasında əhəmiyyətindən bəhs edib.

Fərzullayev qardaşlarının döyüş yoldaşları onların göstərdiyi qəhrəmanlıqdan söz açıblar.

N.Gəncəvi adına 5 saylı orta məktəbin şagirdləri şəhidlərə və Azərbaycan ordusuna həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirdə VaqifZakir qardaşları ilə çiyin-çiyinə döyüşən müharibə iştirakçılarına AVMVİB-nin xatirə medalı təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.4.