“Maestro Rostropoviçin həyatının Amerika dövrü

 

 

 

X Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində Leopold Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində “Maestro Rostropoviçin həyatının Amerika dövrüadlı tədbir keçirilib.

Tədbir çərçivəsində görkəmli musiqiçinin həyat fəaliyyətinə həsr edilmiş ekspozisiya açılıb, konsert olub.

Konsert proqramında violonçel ifaçıları – Xalq artisti Rasim Abdullayev və Əməkdar artist Aleksey Miltıx, müxtəlif beynəlxalq müsabiqələrin laureatları iştirak ediblər.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.3.