Braziliyada Nəsiminin 650 illiyinə həsr edilmiş fotosərgi

 

 

Aprelin 24-də Braziliya Milli Konqresinin binasında ölkəmizin Braziliyadakı səfirliyinin, Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajadonun dəstəyi ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş fotosərginin açılış mərasimi olub.

“Azərbaycanın mədəniyyəti, ənənələri və peyzajı” adlı tədbirdə səfir Elxan Poluxov çıxış edərək ölkəmizin mədəni irsi, Azərbaycan və Braziliya arasında münasibətlərin inkişafı haqqında tədbir iştirakçılarına məlumat verib.

Braziliya Milli Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya dostluq qrupunun sədri Klaudio Kajado da ölkələrimiz arasında münasibətlərdən bəhs edib.

Tədbirdə Braziliyanın Xarici Əlaqələr Nazirliyinin əməkdaşları, bu ölkədə akkreditə olunmuş diplomatlar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Fotosərgi mayın 3-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 26 aprel.- S.8.