Milli Kitabxanada sərgi

 

Milli Kitabxanada “1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür” adlı kitab sərgisi təşkil edilib.

Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin müvafiq fərmanına əsasən qeyd edildiyini diqqətə çatdırıb.

Bu sahəyə dövlət qayğısından danışan direktor müavini bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” müvafiq sərəncamına əsasən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrinin yer aldığı kitablar geniş oxucu kütləsinin istifadəsinə verilib.

Çıxışlardan sonra kitab sərgisinə baxış keçirilib. Sərgidə Azərbaycan dilində və xarici dillərdə 300-dən çox kitab və dövri mətbuat materialları nümayiş olunur.

 

Mədəniyyət.- 2019.- 2 avqust. S. 3.