“Culture Guide” mədəniyyət bələdçisinin avqust sayında

 

Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESCO-nun Dünya irs siyahısına daxil olan sahələrə malikdir. Biz dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə toplaşmışıq. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Mən Azərbaycan Respublikasının rəhbərliyinə səmimi qonaqpərvərliyə üzv dövlətlər üçün yaradılmış şəraitə xüsusi mühitə görə təşəkkürümü bildirirəm”.

 

UNESCO-nun Baş direktoru xanım Odre Azulenin Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dediyi bu sözlər “Culture Guide” mədəniyyət bələdçisinin yeni çapdan çıxan növbəti sayında bir daha diqqətə çatdırılır.

 

Ölkəmizə təşrif buyuran qonaqlara Azərbaycanın mədəni irsi, incəsənəti, sənət ocaqlarının fəaliyyəti, eləcə bölgələrimizin mədəni palitrası barədə dolğun məlumat vermək, onların ölkəmiz barədə təəssüratını yaddaqalan etmək məqsədilə ərsəyə gələn “Culture Guide” kataloqunun avqust buraxılışı da mövzu materiallar baxımından zənginliyi ilə seçilir.

 

“Baku Guide” MMC tərəfindən ingilis rus dillərində hazırlanaraq nəşr edilən mədəniyyət bələdçisi Azərbaycan haqqında, ölkəmizin keçmişi, müasir inkişafı, mədəniyyətimizin tarixi mənzərəsi ilə bağlı təqdimat yazısı ilə açılır. Yazıda müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın Azərbaycanda yarandığı diqqətə çatdırılır, ölkəmizin müasir dövrdə mədəniyyətlərarası dialoqa töhfələrindən, son illər bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən bəhs olunur.

 

30 iyun – 10 iyul tarixlərində Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası da bu il ölkəmizin mədəni həyatında ən mühüm beynəlxalq hadisədir. Nəşrdə Azərbaycanın Dünya İrs Komitəsinə üzvlüyü cari ildə bu qurumda sədrlik etməsi, 43-cü sessiyanın gedişi, qəbul olunan qərarlar ümumilikdə UNESCO-nun bu mötəbər tədbirinə ev sahibliyinin ölkəmiz üçün əhəmiyyəti barədə söz açılır. Həmçinin paytaxtın mədəniyyət ocaqlarında xarici qonaqlar üçün təşkil olunan maraqlı tədbirlərdən bəhs olunur.

 

Eyni zamanda “Culture Guide”ın yeni buraxılışında ənənəvi olaraq şəhərdəki mədəniyyət müəssisələri haqqında təqdimat-tanıtma səciyyəli informasiyalar verilib. Sənət mövsümünü başa vurmuş teatrlar bir sıra konsert müəssisələri avqust ayında istirahətdə olsalar da, digər mədəniyyət ocaqlarınınkino zallarının, qalereyaların, eləcə əyləncə məkanlarının bu ay üçün maraqlı tədbirlər proqramı var.

 

Nəşrdə Bakının hər zaman xarici qonaqların diqqətini çəkən tarixi müasir memarlıq nümunələri, İçərişəhər, minilliklərin daş yaddaşı olan Qobustan, Atəşgah məbədi Yanardağ haqqında məlumatlar, turistlərin ölkəmizdən özləri ilə hansı suvenir dadlı xatirələr”i apara biləcəklərinə dair tövsiyələr verilir.

 

“Culture Guide” kataloqunun hər sayında ölkəmizin dünya mədəniyyəti xəzinəsinə töhfələri, eləcə paytaxtla yanaşı, regionlarımızdakı dünya əhəmiyyətli mədəni irs nümunələri barədə yazılar dərc edilir. Nəşrin avqust buraxılışında UNESCO-nun Dünya irs siyahısına yenicə daxil edilmiş Şəkinin tarixi-mədəni irsi, eləcə Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısında yer alan nümunələrimizdən milli muğam sənəti, Azərbaycan xalça sənəti, Lahıc misgərlik sənəti barədə materiallar təqdim olunur.

 

QarabağAzərbaycanın mədəniyyət beşiyiadlı yazıda əzəli yurd yerimizin mədəni irsi, işğal altındakı torpaqlarımızdakı mədəni sərvətlərimizin dağıdılıb talan edildiyi əcnəbi oxucuların diqqətinə çatdırılır. Keçmişin abidələritarixin izləribaşlıqlı yazıda isə Azərbaycanın qədim abidələr diyarı olduğu müxtəlif nümunələrlə qeyd edilir, tarixi abidələrin mühafizəsi bərpası ilə bağlı görülən işlərdən söz açılır.

 

2009-cu ildən etibarən hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqi xəritəsində özünə layiqli yer qazanıb. Bir həftə musiqi ömür boyu təəssüratbaşlıqlı yazıda 31 iyul – 5 avqust tarixlərində Qəbələdə 11-ci dəfə keçirilən festival barədə məlumat verilir.

 

“Culture Guide” avqust ayının mədəniyyət təqviminə nəzər salır. 2 avqustAzərbaycan Kinosu Günü milli kinematoqrafın tarixi, 17 avqustda (1942) anadan olmuş dünya şöhrətli müğənni Müslüm Maqomayevin həyat yaradıcılığı haqqında yazılar bu qəbildəndir.

 

Nəfis tərtibatda hazırlanan mədəniyyət bələdçisində hər ay görkəmli rəssamlarımızın məşhur əsərlərinin reproduksiyasına yer verilir. Bu dəfə “Culture Guide”ın ilk səhifəsində Əməkdar rəssam Ələkbər Rzaquliyevin “Şəki darvazası” qrafik əsəri əks olunub.

 

Mədəniyyət.- 2019.-  2 avqust.- S.8.