Yurdum, yuvam, məskənimsən...”

 

Lənkəran şəhər Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi dördüncü ildir ki, “Yurdum, yuvam, məskənimsən, Azərbaycanım!” devizi altında Yaradıcılıq festivalı keçirir.

 

Budəfəki festivala iyunun 13-də M.Kələntərli adına şəhər Sənətkarlıq klubunda start verilib. Bir ay ərzində Boladi, Vel, Veravul, Osaküçə, Vilvan, Hirkan, Tütəpeştə kənd klubları və H.Rzayeva adına şəhər Yaradıcılıq evi festivala ev sahibliyi edib.

 

İyulun 27-də festival şəhər Mədəniyyət Mərkəzində davam edib. Lənkəran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və klub müəssisələri tədbirdə iştirak ediblər. Mərkəzin “Ay lolo” və “Çölləmə” rəqs ansamblları, rəqs kurslarının uşaqları gözəl ifaları ilə festivala rəng qatıblar. Klub işçiləri – müğənnilər Vüsal Bağırov, Rəhim Hüseynov, Mətanət Babayeva, Elvin Məlikov, Murad TahirElgün Əlizadənin ifa etdiyi mahnılarda Azərbaycan tərənnüm olunub. Bədii qiraət ustaları Leyla Zülfiqarova, Zümral Məmmədova və Ümid Əlizadə şeirlər söyləyiblər. Sonda mərkəzin kurslarını bitirənlərə diplomsertifikatlar təqdim olunub.

 

Yaradıcılıq festivalı daha 10 klubu əhatə edəcək və avqustun 31-də şəhər “Dostluq” parkında yekunlaşacaq.

 

 

Mədəniyyət.- 2019.-  2 avqust.- S.4.