Dostluq körpüsü”ndə aşıq musiqisi

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xırdalandakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Dostluq körpüsü” adlı konsert proqramı təqdim olunub.

Yay mövsümündə insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil edilən konsert aşıq sənətinə həsr edilib.

Konsertdə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin nümayəndələri də iştirak ediblər.

Aşıqlar Birliyi Sumqayıt bölməsinin, Xırdalan, Ceyranbatan, Mehdiabad musiqi məktəblərinin və Abşeron rayon Mədəniyyət Mərkəzinin aşıqları çıxış edərək, saz havaları üstündə Dədə Şəmşirin şeirlərini səsləndiriblər.

Tədbir zamanı dekorativ təsviri və xalq tətbiqi sənət ustalarının iştirakı ilə satış-sərgi də keçirilib. Abşeronlu sənətkarların hazırladıqları müxtəlif əl işləri sakinlərin böyük marağına səbəb olub.

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.2.