Latviyada azərbaycanlı müğənninin yerli rok qrupla konserti

 

 

Avqustun 30-da Latviyanın Ventspils şəhərində ənənəvi şəhər bayramı keçiriləcək.

Bayramda Latviyada yaşayan azərbaycanlı müğənni Leyla Əliyeva yerli rok qrupla birgə konsert verəcək. Şəhər rəhbərliyinin təşkilatçılığı ilə keçirilən ənənəvi tədbir sakinlərin müxtəlif ekskursiyaları, maraqlı adətlərin təbliği və konsertlə yadda qalacaq.

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.4.