Dekorativ-tətbiqi və təsviri sənətin inkişafına dair təşəbbüslər

 

 

“Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Regionlarda xalq tətbiqi-dekorativ və təsviri sənətinin inkişafına dair təşəbbüslərin dəstəklənməsi” adlı layihəni icra edir.

Layihə barədə məlumat verən təşkilatın sədri Arzu Hüseyn bildirib ki, xalq dekorativ-tətbiqi və təsviri sənət ustalarının müxtəlif zamanlarda yaratdıqları əl işləri müasir dövrümüzdə bu sahə ilə məşğul olanlar üçün örnəkdir. Layihənin məqsədi ixtisas təhsili almamış, ancaq bədii yaradıcılığa meyli olan istedadlı şəxslərin, həvəskar sənətçilərin üzə çıxarılması, onlara metodiki tövsiyələrin verilməsi, fəaliyyətlərinin düzgün istiqamətləndirilərək qiymətləndirilməsidir. Bu mənada həvəskarlar arasında təsviri və dekorativ-tətbiqi sənətin inkişafı sahəsində keçiriləcək seminarlar və sərgilər bu sahələrin inkişafı baxımından mühüm rol oynayır.

Layihə çərçivəsində ilk tədbirlər 1-2 avqust tarixində İsmayıllı rayonunda təşkil edilib. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nümayəndələri, yerli sənətkarlar iştirak edib.

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.4.