Amerikada yaşayan pianoçu soydaşımızla görüş

 

 

 

Avqustun 7-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, Nyu-YorkdaMilli musiqiqlobal mədəniyyət” cəmiyyətinin yaradıcısı, professor Nərgiz Əliyarova ilə görüş keçiriləcək.

Niyazinin mənzil-muzeyində reallaşacaq tədbirdə beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın sənət yolundan və yaradıcılıq axtarışlarından söhbət açılacaq, onun ifasında bir sıra musiqi əsərləri səsləndiriləcək.

 

Mədəniyyət.- 2019.- 7 avqust.- S.4.