Festivaldan festivala...

 

 

 

Mövsümlər dəyişsə də, yüksək sənət zövqü dəyişmir

 

Azərbaycanda hər il gerçəkləşən beynəlxalq tədbirlərin, genişmiqyaslı incəsənət layihələrinin sırasında musiqi festivalları mühüm yer tutur. Bu baxımdan yay və payız fəsillərinin sənət təqvimi xüsusilə zəngindir. Ənənəvi olaraq iyunun sonuiyulun əvvəli Şəkidə X “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, iyulun sonuavqustun əvvəli isə XI Qəbələ Beynəlxalq Musiqi Festivalı ilə bu təqvimə yazıldı.

Qarşıda isə dahi Üzeyir bəyin adı ilə şərəflənən böyük musiqi bayramı var, onun ardınca isə Bakı payızına caz havası öz sənət əhvalını gətirəcək...

Bu il Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı həm müddəti, həm də iştirakçı və tədbirlər sayının çoxluğu ilə öncəki illərdən fərqlənəcək. Ötən illərdə Üzeyir festivalı ən çoxu 10-11 gün davam edirdi, bu dəfə isə 18-30 sentyabr tarixində – 13 gün ərzində çeşidli konsert proqramları və opera-balet tamaşaları, ustad dərsi, dəyirmi masa, təqdimat və yubiley gecələri ilə birlikdə 40-dan çox tədbiri əhatə edəcək.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivalda Türkiyə, Çin, ABŞ, Rusiya, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, UkraynaGürcüstandan tanınmış musiqiçi və kollektivlər – Çukurova Dövlət Simfonik Orkestri, “Silk RoadFilarmonik Orkestri, Sergey Roldugin, Xatia Buniatişvili, Alyona Bayeva, Miroslav Kultışev, Veliçka Yoçeva, Yevgeni Avramenko, Lorenzo Tazzieri, Dmitri Xoxlov, Aleksandr Hacıyev, Marqarita Aleksandroviç, Murat Səlim Tokac və başqaları qatılacaq.

18 sentyabrdaÜzeyir Musiqi Günündə başlayacaq festivalın Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olunacaq açılış konsertində Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrisolist qismində rusiyalı violin ifaçısı, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadin çıxış edəcək.

Həmin gün Beynəlxalq Muğam Mərkəzində “Xəlqilik, millilik, beynəlmiləllik” adlı konsert proqramı təşkil olunacaq.

Ertəsi gün Bakı Musiqi Akademiyasında “Soltan və İsmayıl  Hacıbəyovlara ithaf” adlı konsert keçiriləcək. Beynəlxalq Muğam Mərkəzində isə “Rast dünyası” adlı muğam axşamı təşkil olunacaq. Tədbirdə “Könül” ansamblı və xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova, Teyyub Aslanov çıxış edəcəklər.

Həmçinin Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Ü.Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq. Filarmoniyanın Kameraorqan musiqisi zalında isə “Qədim Avropaya səyahət” adlı musiqi gecəsi keçiriləcək.

Sentyabrın 20-də, festivalın üçüncü günü Kameraorqan musiqisi zalında Rusiyanın fortepianoorqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenko çıxış edəcək. Beynəlxalq Muğam Mərkəzində beynəlxalq müsabiqələr laureatı, pianoçu Filip Kopaçevski (Rusiya) səhnəyə çıxacaq. Akademik Musiqili Teatrda Ü.Hacıbəylinin “O olmasın, bu olsunmusiqili komediyası nümayiş olunacaq.

21 sentyabrda Azərbaycan Dövlət Akademik Filarmoniyasında V.V.Andreyeva adına Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçiriləcək, OperaBalet Teatrında italyan dirijoru Lorenzo Tazzierinin rəhbərliyi ilə Cakkomo PuççinininBohema” operası göstəriləcək.

Bir sözlə, festivalın hər günü musiqi xiridarları və sadə sənətsevərlərin zövqünü oxşayacaq proqramlarla zəngindir.

Festivala Azərbaycan Dövlət Akademik Filarmoniyasında (30 sentyabr) “Tembr. Kainat. Opera...” adlı  möhtəşəm proqramla yekun vurulacaq. Konsertdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri beynəlxalq müsabiqələr laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya), Regina Rüstəmova (Rusiya), İlham Nəzərov (Azərbaycan), Mahir Tağızadə (Azərbaycan), Cəbrayıl İdrisov  (Özbəkistan), Ümid İsrailov  (Özbəkistan), Giorgi Çelidze (Gürcüstan) başqaları çıxış edəcək.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.1.