“Xəzər ulduzları” Qara dəniz bölgəsində festivallara qatılıb

 

 

Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qara dəniz bölgəsində keçirilən festivallarda ölkəmizi təmsil edib.

Kollektiv Artvində keçirilən 10-cu Uluslararası TülümMusiqi, Rizədə 30-cu Uluslararası Çay, TurizmYay idmanı festivallarına, həmçinin Trabzonda keçirilən  Uluslararası Horon (bölgənin xalq rəqs-oyunu – red.) festivallarına qatılıb.

“Xəzər ulduzları”nın ifasında “Qarabağ süitası”, “Yaylıqlarla rəqs”, “Qaval rəqsi”, “Ana yurd marşı” (rəqs-kompozisiya) türkiyəli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Artvində keçirilən festivalda Kamil Ağazadənin ifasında “Ana yurd marşı” ən yaxşı mahnı nominasiyasında mükafatlandırılıb. Rizədə keçirilən festivalda kollektiv diplomla təltif olunub. Kollektivin ən kiçik üzvü, balaca rəqqasə Gülnaz Zahirli xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, festivallarda İran, Yunanıstan, Bolqarıstan, Rusiya, Gürcüstan və digər ölkələrdən rəqs və musiqi qrupları iştirak edib.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.3.