Tağıyevin neft sənayesi
ilə bağlı hesabatı “Bərpanəşr”də
Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində rus dilində yayımlanan “Неотложныя нужды нефтяной промышленности” (“Neft sənayesinin təcili ehtiyacları”) adlı hesabat-məqaləsi Mədəniyyət Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində kitabça şəklində yenidən çap olunub.
Hesabatda XIX əsrin
sonlarında Azərbaycanda neft sənayesi
üzrə görülən işlər, yerli
və xarici kapital qoyuluşu, sahənin inkişafı ilə
bağlı çatışmazlıqlar rəqəmlər
göstərilməklə geniş şərh
olunub. Hesabat Sənaye
və Ticarətə Dəstək Cəmiyyətinin Bakı
şöbəsinə müraciət kimi
hazırlanıb.
Mədəniyyət.- 2019.- 9 avqust.- S.4.