Muzeydə Caz axşamı

 

YARAT Freestyle layihəsi çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində pianoçu Seymur Əliyevin rəhbərliyi ilə Caz axşamı adlı konsert proqramı təşkil olunub.

Konsertdən əvvəl iştirakçılar rəssam Əşrəf Muradın Sevgietiraz adlı retrospektiv sərgisi ilə yaxından tanış olublar.

Sonra konsert proqramı təqdim edilib. Konsertdə pianoçu Seymur Əliyevlə bərabər Səlim Rzayev (zərb) Rauf Sultanov (bas-gitara) çıxış edib. Proqramda məşhur caz musiqiləri səsləndirilib.

Qeyd edək ki, Seymur Əliyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Fortepiano fakültəsinin və Finlandiyanın Turku Musiqi və Rəqs Konservatoriyasının məzunudur. Musiqiçi həm yerli, həm də xarici caz ifaçıları ilə birgə çıxış edir, müxtəlif festivalların iştirakçısıdır.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.5.