Tarixi həqiqətlərin təbliğində internet texnologiyalarından istifadə

 

 

 

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi iləSumqayıt Tələbələriİctimai Birliyi tərəfindənİnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi mənəvi mədəniyyət nümunələri, tarix mədəniyyət abidələri haqqında təbliğatın aparılmasıadlı layihə icra olunur.

Layihə çərçivəsində növbəti tədbir Quba rayonunun Qəçrəş qəsəbəsində keçirilib.

İctimai birliyin sədri Rüfət Mahmudzadə layihə barədə məlumat verib, internet resurslarından səmərəli istifadə edərək Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyəti barədə danışıb. Tarixçi-ekspert, “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü işğalın ağır nəticələrikitabının həmmüəllifi Ramil Süleymanov gənclərin bu istiqamətdə rolundan söz açıb.

Tədbirdə iştirak edən gənclərə - orta ümumtəhsil müəssisələrinin şagirdlərinə, peşə ali təhsil müəssisələrinin tələbələrinə tarixi həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasında internet texnologiyalarından, veb 2.0 alətlərindən istifadə qaydaları barədə təlim keçirilib.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.4.