Muğam dünyasına səyahət”də növbəti konsert

 

 

Avqustun 9-da “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində daha bir konsert proqramı Binəqədi rayon Mərkəzi Mədəniyyət Evində təqdim olunacaq. Konsert Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Muğamsevərlər tanınmış xanəndələrin ifasında muğamları, xalq mahnı və təsnifləri, dəramədləri, rəngləri dinləyəcəklər.

Xatırladaq ki, iyul ayından başlanan layihə ilin sonunadək davam edəcək. Avqust ayında növbəti konsert proqramı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.2.