Ədəbi yaradıcılıqda əsas amil müəllifin niyyətidir...

 

 

 

Çağdaş Azərbaycan ədəbi mühitində fərqli ədəbi zövqə, müxtəlif yaradıcılıq təmayüllərinə məxsus yazarlar fəaliyyət göstərir. Bu prosesdə gənc ədiblərin yaradıcılığının stimullaşdırılması, əsərlərinin nəşri, müxtəlif yaradıcılıq müsabiqələrində iştirakına dəstək verilir.

Son illər ədəbi hərəkata yeni qoşulan, ideya-bədii xüsusiyyətləri ilə seçilən, oxucuların marağını cəlb edən əsərlər qələmə alan müəlliflər yetişir. Bu günlərdə kitabları mağaza rəflərində daha çox görünən, şəxsi kitabxanalarımızı da zənginləşdirən üç gənc nasirlə görüşüb həmsöhbət olduq.

 

***

 

İlk müsahibimiz gəncliyini bir qədər arxada qoysa da, gənc oxucular arasında çox sevilən yazıçı Rövşən Abdullaoğludur. OnunBu şəhərdə kimsə yoxdur” adlı ilk psixoloji romanı 2016-2017-ci illər ərzində ölkəmizdə ən çox satılan kitablardan olub. Müəllifin “Relslər üzərində uzanmış adam” adlı ikinci romanı da maraqla qarşılanıb. Ötən il intellektual psixoloji detektiv janrında qələmə aldığı “Abaddon” romanı da qısa müddətdə populyarlıq qazanıb.

 

- Rövşən bəy, kitaba, mütaliəyə marağın azlığından şikayətləndiyimiz bir zamanda əsərləriniz sevilir. Bu uğurun sirri nədədir?

- Adətən bəzi insanlar fikirləşirlər ki, kimsə nəsə bir nailiyyət əldə edibsə, onun qeyri-adi bir bacarığı var. Əslində, uğur qazanmağın elə böyük bir sirri yoxdur. Sadəcə olaraq, düzgün istiqamətdə fəaliyyət göstərmək və öz üzərində işləmək lazımdır. Antik yunan mütəfəkkiri Aristotel qeyd edir ki, hər bir işdə dörd amil var və mütləq olaraq onları axtarıb tapmaq lazımdır. Birincisi, müəllif daima öz üzərində işləməli, fərdi inkişafı üçün çalışmalıdır. Əgər müəllif öz üzərində işləməsə, onun əsərləri zaman keçdikcə bir-birinə oxşayacaq. İkinci amil əsərin formasıdır, yəni qəlibidir. Formaya kitabın daxili dizaynından tutmuş, üz qabığına qədər, əsərin cümlə quruluşu, bədii mətnin üslubu daxildir. Üçüncü amil əsərin mənasıdır. Əgər yazıçı gözəl bir formalı əsər yazıbsa, lakin mənası yoxdursa, həmin əsər insanlara təsir etməyəcək, onlara fayda verməyəcək. Dördüncü amil isə müəllifin əsəri yazmaq niyyəti və məqsədidir. Bu, sadalanan dörd amil içində ən mühümüdür. Bəzən bu amil yanlış olduğuna görə digər üç faktor olsa da, əsər tam mükəmməl alınmır.

 

- Kitablarınızın çoxu psixoloji mövzuda yazılıb. Bu janra daha çox üz tutmağınız nə ilə bağlıdır?

- Bizim cəmiyyət üçün ən önəmli mövzulardan biri insan düşüncəsi və onun daxili aləmidir. İnsan daxilində nə baş verir, hissləri necə idarə etmək olar, bunlar hamısı mənim üçün önəmlidir. Əminəm ki, biz bu məsələlərdə uğur qazansaq, bir çox problemləri həll etsək, cəmiyyətdə sağlam ailə modeli yarada bilərik. Buna görə də əsərlərimdə psixoloji janra daha çox üstünlük verirəm. “Əsarət” adlı kitabım da bu qəbildədir. Tanrı, mif, yoxsa həqiqət silsiləsindən ilk kitabdır. İkinci kitabın adı “Həqiqət”, 3-cü kitab isə “Mifadlanacaq. Birinci əsərdə söhbət “düşüncə, ideoloji” əsarətdən gedir.

 

- “Çətin olsa da, həyat davam edir” kitabınız türk dilinə də tərcümə olunub...

- Türkiyədəki bir nəşriyyatdan (“Destek Yayınları”) belə bir təklif gəldi. Əvvəlcə “Bu şəhərdə kimsə yoxdur” romanımı çap etmək istədilər. Lakin sonra “Çətin olsa da, həyat davam edir” fərdi inkişaf mövzusundakı kitabımı çap etmək qərarına gəliblər. Daha sonra psixoloji romanlar seriyasına daxil olan kitablar tərcümə olunacaq.

 

- Bildiyim qədərilə, Afrikaya bir neçə dəfə səyahət etmisiniz, bu səyahətlərlə bağlı əsər yazmağı düşünürsünüzmü?

- Bəli, Afrika səfərlərimlə əlaqəli silsilə əsərlər yazmağı düşünürəm. Bu kitabların hərəsi bir tayfanın xüsusiyyətləri, həyat tərzinə həsr olunacaq.

 

- Sizcə, kitaba marağı artırmaq üçün etmək lazımdır?

- Kitaba marağı artırmaq bir insanın öhdəsindən gələcəyi məsələ deyil. Bu hamılıqlaaidiyyəti qurumların, KİV-lərin, təbii ki, müəlliflər nəşriyyatların iştirakı ilə birlikdə görə biləcəyi bir işdir. Bəzən elə fikirləşirlər ki, bu işi müəlliflər nəşriyyatlar görməlidir. Amma müəllif nəşriyyatın bütün cəmiyyətdə belə bir işin öhdəsindən gəlmək üçün resursları istənilən səviyyədə deyil. Kitaba marağı artırmaq üçün KİV-lərin üzərinə böyük düşür. Mediada kitab mövzulu, müasir insanların zövqünü oxşayan yazılar, verilişlər çox olmalıdır. Bu məqsədlə tanınmış idmançılar, yazıçılar, aktyor rejissorlardan yararlanmaq olar. Bundan əlavə, kitabların təbliği üçün kitab mağazalarının, sərgilərin sayı artmalıdır.

 

- 26 kitabınız nəşr olunub. Bu əsərlərdəki obrazlardan hansındasa müəllifin özünə aid xüsusiyyətlər varmı?

- Tam demək olmaz. Lakin öz həyat təcrübəmdən, bəzi xüsusiyyətlərimdən müxtəlif məqamları əsərlərimdə vermişəm. Bəzən bir neçə tanıdığımız insanın xüsusiyyətlərini cəmləyib bir personaj yaradırıq. Elə olur ki, yoxdan bir personajı ortaya qoyursan. Bu da öz növbəsində müəllifin xəyal qüvvəsindən asılıdır. Gələcəkdə əsgərlik dönəmində qarşılaşdığım hadisələr, müxtəlif ölkələrə etdiyim səyahətlər, təhsil illərimlə bağlı avtobioqrafik əsərlər yazmaq fikrim var. O zaman yəqin ki, bütün xüsusiyyətlərimi bir personaja verə bilərəm. Ola bilsin həmin vaxt da tam mümkün olmayacaq. Çünki əsərə bədiilik qatmaq lazımdır.

 

***

 

Növbəti müsahibimiz gənc yazıçı ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vüsal Nurudur. Vüsal Nuru müstəqillik dövrü Azərbaycan ədəbiyyatının ilk fantastika yazarlarındandır. Yazıçılıqla bərabər rejissorluqla da məşğul olur. Yeddi teleserialın ssenari müəllifi, üç qısametrajlı filmin ssenaristi rejissorudur.

 

- Yaradıcılığa hansı janrla başlamısınız?

- Yaradıcılığa şeirlə başlamışam. Ancaq sonra anladım ki, şeirdə özümü yaxşı ifadə edə bilmirəm. Bundan sonra nəsr əsərləri yazmağa başladım. Fantastik ədəbiyyatı çox sevirəm. Təəssüf ki, Azərbaycanda fantastik ədəbiyyat zəif inkişaf edib. Mən fantastik ədəbiyyatın zənginləşməsi üçün əlimdən gələni edirəm. Bu janrda 4 kitabım işıq üzü görüb.

 

- Qotik janrda yazılmış əsərləriniz (“999” s.) var. Bu janrda əsərlərinizin davamı olacaqmı?

- Bəzi yazarlar deyir ki, yazdığım janrı davam etdirəcəyəm. Lakin bəzən alınmır. Yazıçılıq sənəti elədir ki, nəyisə konkretləşdirmək mümkün olmur. Hazırda mən fantastika janrında əsərlər yazıram yaradıcılığımı bu səpkidə davam etdirmək istəyirəm.

 

- Mifik yaddaşa əsaslananDorantağəsərinin ideyası necə yarandı?

- İslamdan əvvəlki dövr mənim üçün həmişə maraqlı olub. Bunu araşdırmaq üçün Naxçıvandakı Əshabi-Kəhf mağarasını ziyarət etdim. Demək olar ki, Əshabi-Kəhfin əvvəlki adını bilən heç kimə rast gəlmədim. Ona görə daha dəqiq məlumat əldə etmək üçün türk mifologiyasına üz tutdum. Roman da elə bu münasibətlə yazılıb. Əsərdə türk tayfaları onların taleyi, ərəblərin Azərbaycanı işğal etməsi xalqın ərəb zülmünə qarşı mübarizəsindən bəhs olunur. Qədim türk dilindədoranduran, “tağisə dağ deməkdir. Türk mifologiyasındaUlu Ana” deyilən bir ilahə var. Rəvayətə görə, Ulu Ananın xüsusi bir quyusu olur. O, istədiyi adamları həmin quyuda saxlayıb bir neçə ildən sonra onları hansısa zamana göndərərmiş. Əshabi-Kəhfdə 3 nəfərin yatması, 300 il keçəndən sonra oyanmasını Ulu Ananın quyusu ilə müqayisə etmişəm. Buna görə də əsər “Dorantağ” adlanır.

 

***

 

Bir çox şeirfilm müsabiqələrinin qalibi, yazıçı, dramaturqssenarist Pərviz Seyidli ədəbiyyata bağlı ailədə dünyaya gəlib. Kiçik yaşlarından yaradıcılığa həvəs göstərib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığı illərdə hekayə və ssenarilər yazmağa başlayıb. Ssenariləri bir neçə dəfə mükafata layiq görülüb. İndiyədək iki kitabı çap olunan gənc müəllif üçüncü dəfə oxucularla görüşə hazırlaşır.

 

- Pərviz bəy, ilk işıq üzü görən “Pişik qız” romanınız necə qarşılandı?

- Əsər böyük maraqla qarşılandı. Mövzusu Mədəniyyət və İncəsənət Universitetiorada təhsil alan tələbələrin həyatı ilə bağlıdır. Bu kitab mənə böyük uğur gətirdi. Bu yaxınlarda kitabın ikinci nəşri işıq üzü görəcək.

 

- Adətən, yaradıcılıqda müəllifin özünə ustad bildiyi, təsirləndiyi sələf və ya sələflər olur...

- Yazıçılıqda ədəbi əcdad deyilən bir ifadə var ki, hər kəs özünə ədəbi əcdad götürür. Didaktikanı, fəlsəfi təfəkkürü İbn Sinadan, Nizamidən, Tusidən, Nəsimidən, Xətaidən, Füzulidən əxz etmişəmsə, bu işin texnikasını Vladimir Nabokov, Orxan Pamuk, Mustafa Mənsurdan, çağdaş ədəbiyyatımızdan isə İlqar Fəhmi və Şərif Ağayardan öyrənməyə çalışıram.

 

- Bədii yaradıcılıqla bərabər, ssenarilər də yazırsınız...

- İlk ssenarini 2015-ci ildə yazmışam. İlk uğurlu işimDəfnə ağacıserialı üçün qələmə aldığım ssenari oldu. Bundan sonraSən olmasaydın”, “Laləli saray”, “Sarı gəlinKönül yarasıseriallarının ssenarilərini yazdım. Hazırda iki yeni ssenari üzərində işləyirəm. Yaxın zamanlarda serial tamaşaçılara təqdim olunacaq.

 

Nurəddin MƏMMƏDLİ

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.6.