Sərdar Sarayında Mirzə Qədim izi

XIX əsrdə Azərbaycanda ən müxtəlif funksiyalı ictimai tikililərdə monumental-dekorativ rəngkarlığın yer almasını qədim bədii ənənənin davam etdirilməsi kimi dəyərləndirmək olar. Bunun ən yaxşı nümunələrindən biri vaxtilə Qərbi Azərbaycanın İrəvan şəhərindəki ən möhtəşəm tikililərdən olmuş Sərdar Sarayının interyerindəki rəsmlərdir.

Qeyd edək ki, sarayın interyerinin tərtibatını təşkil edən ilk divar rəsmləri Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Əbdür Rzanın adı ilə bağlıdır. XIX əsrin ortalarında sarayın interyerinin yenidən qurulmasına qərar verilmişdir. Bu işə cəlb edilən yerli gənc rəssam Mirzə Qədim İrəvani (1825-1875) burada altı portret işləmişdir.

Yeri gəlmişkən, deyək ki, öz dövrü üçün yetərli qədər ciddi olan belə bir sifarişin Mirzə Qədimə həvalə olunması, ilk növbədə, gənc rəssamın istedadına olan inamın göstəricisi idi. Bir vaxtlar rəssama şöhrət gətirən bu əsərlərin sonrakı taleyi o qədər ürəkaçan olmamışdır. Sərdar Sarayı 1914-cü ildə erməni vandalları tərəfindən dağıdıldıqdan sonra Mirzə Qədim İrəvaninin iriölçülü bu portretlərinə gürcülər sahib çıxmış onları Gürcüstana aparmışlar. Onlar bu işlərə ermənilərdən fərqli münasibət göstərmiş əsərləri saxlanmaq üçün Tiflisdəki Hərbi-Tarixi Muzeyə təhvil vermişlər. Həmin portretlər Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra Gürcüstan SSR Dövlət Muzeyinə, sonradan isə Gürcüstan İncəsənət Muzeyinə verilib. Amma bu portretlər İrəvandan gətirilmiş digər Qacar dövrü incəsənət nümunələri ilə birlikdə muzey ekspozisiyasında göstərilmirdi. Başqa sözlə desək, çox şey dəyişsə , gürcülər sovet dönəmində məlum tarixi hadisələri (o cümlədən Ağa Məhəmməd şah Qacarın Tiflis yürüşü) unutmayaraq, Qacarlar adı ilə bağlı olan hər şeyə laqeyd münasibət göstərməkdə idilər.

Sərdar Sarayından Tiflisə gətirilən sənət nümunələri muzey ekspozisiyasında göstərilmədiyindən bərpa olunmadığından, uzun illər ərzində fondda qalaraq pis vəziyyətə düşmüşdü. Müstəqillik illərində həmin əsərlərin mövcudluğundan xəbər tutan Azərbaycan tarixçilərinin yerli mətbuatda həyəcan təbili çalması nəticəsiz qalmadı. Ötən il Azərbaycan hökumətinin Gürcüstan rəhbərliyinə müraciətindən sonra M.Q.İrəvaninin əsərlərinin Bakıda Azərbaycan mütəxəssisləri tərəfindən bərpa olunması sərgilənməsi barədə razılıq əldə edildi. Bundan sonra Azərbaycan Milli İncəsənət Muzeyinə gətirilən əsərlər bir neçə ay ərzində tanınmış bərpaçı-rəssam, Əməkdar rəssam Natiq Səfərovun rəhbərliyi altında həyata qaytarıldı. 2019-cu ilin mayında isə həmin əsərlər Heydər Əliyev Mərkəzində Tarixin şah əsərləri adı altında ictimaiyyətə təqdim olundu.

Sərgidə Gürcüstandan gətirilmiş Qacarlar dövrünə aid qədim incəsənət nümunələrinin əksəriyyəti, Fətəli şah dövrünə aid dünyaca məşhur yağlı boya rəsmləri, miniatürlər, keramika, metal məmulatları, tekstil xalçalar da nümayiş olundu. Heç şübhəsiz, bu ekspozisiyada hamının nəzərləri əslində bu sərginin keçirilməsində səbəbkar olmuş Mirzə Qədim İrəvaninin portretlərinə zillənmişdi. Çünki o vaxta qədər sənətsevərlər daha çox məşhur fırça ustasının kiçikölçülü qrafika əsərləri ilə tanış idilər...

Zamanında Sərdar Sarayının interyerini bəzəmiş bu əsərlər ilk növbədə ölçülərinin böyüklüyü ilə diqqət çəkir. Yağlı boya ilə kətan üzərində çəkilmiş portretlər 200x100 sm ölçüsündədir. Bu, İrəvan xanlığı ilə bağı olan görkəmli şəxsiyyətlərlə yanaşı, adları naməlum adamların portretləridir. M.Q.İrəvaninin bizə məlum olan bədii irsində yağlı boya ilə yaradılmış əsərlər barəsində bu vaxta qədər əldə edə bildiyimiz informasiyalar yalnız köhnə fotoşəkillər olduğundan, bu portretlərlə Bakı sərgisində əyani tanışlıq çox yaddaqalan idi. Məlumat üçün bildirək ki, həmin sarayda divar rəsmləri mövcud olsa da, M.Q.İrəvaninin əsərləri kətanda işlənib çərçivələnəndən sonra interyerə daxil edilmişdi. Ona görə onları 1914-cü ildə divardan çıxarıb Tiflisə aparmaq gürcülər üçün o qədər çətinlik törətməmişdi.

Əgər yağlı boya ilə ərsəyə gətirilmiş bu əsərlərin bədii-estetik xüsusiyyətlərini sulu boya ilə çəkilmiş portretlər ilə müqayisə etsək, onda onların arasında ciddi fərqin mövcud olduğunu söyləyə bilərik. Belə ki, kağız üzərində yaratdığı portretlərdə kifayət qədər bənzərsiz özünəməxsus olduğunu sərgiləyən M.Q.İrəvaninin, kətan üzərində yaratdıqlarında həmin dövrdə Azərbaycan təsviri dekorativ-tətbiqi sənətində geniş yayılmış Qacar üslubu estetikasına tapındığı görünməkdədir. Heç şübhəsiz, rəssamın kağız üzərində əldə etdiyi rəng axıcılığını təravətliliyini yağlı boya ilə ifadə etmək çox çətin idi.

Əslində, Qacar üslubunun özü rəng dekorativliyinə meyilli idi gənc rəssam da çəkdiyi portretlərdə bu estetikanı özünəməxsus tərzdə ifadə etməyə çalışmışdı. Bizə müqayisə üçün onun yağlı boya ilə çəkilmiş digər əsərləri məlum olmadığından, görünənlərə rəğmən demək olar ki, M.Q.İrəvani klassik miniatür rəngkarlığının Avropa bədii ənənələri ilə qovşağından yaranmış Qacar üslubundan istifadə etməklə, yeni ifadə tərzini özünəməxsus çalarlarla zənginləşdirən sənət nümunələri yaratmışdır. Bunu onun sərgidə nümayiş olunan altı əsəri təsdiqləyir. Hüseynqulu xanın portreti, Qəhrəman döyüşçü, Zöhrabın portreti (onu Rüstəm-Zal da adlandırırlar), İrəvan sərdarı Hüseynqulu xan, Döyüşçü portreti Fətəli şah Qacarın portreti əsərlərində vurğuladığımız məziyyətləri görmək mümkündür.

Əlavə edək ki, rəssamın Qacarlar üslubunun ən səciyyəvi xüsusiyyətləri sayılan bədii prinsiplərdən istifadə etməsi, sifət əlləri realistik-gerçəkçi tərzdə, geyim müxtəlif aksesuarları dekorativ tərzdə təqdimatı, tamaşaçısını duyğulandıra biləcək mənəvi qaynaq yarada bilməsi, sözün əsl mənasında, zamanında çəkdiyi akvarel portretlər kimi heyrətdoğurucudur.

Qeyd etmək lazımdır ki, müəllif bu rəngkarlıq əsərlərində portretlərin ikonoqrafik inandırıcılığına nail olmaqla, həm onların monumentallığını əldə edə bilmişdir. Bunun interyerdə yer alacağını, memarlıqla əlaqəli təqdim olunacağını nəzərə alan M.Q.İrəvani geniş bədii ümumiləşdirmələrdən istifadə etmişdir. Bəzən sarayda, bəzən neytral yaxud mənzərə fonunda görüntüyə gətirilən bu obrazların bədii tutumunda bütövlüyün əldə olunmasını onun duyulası uğurlarından saymaq olar.

Dekorativliyə bürünmüş bu şərtilik interyerin ümumi memarlığında iri ölçüdə olan bu portretlərin itməməsini qədər şərtləndirmişdirsə, obrazların səciyyəvi cizgilərini əyaniləşdirən bədii amillər görünənlərin inandırıcılığını bir o qədər təmin etmişdir...

Sonda məlumat üçün bildirək ki, rəssamın vəfatından sonra ailə arxivində onun yüzdən çox əsəri qalıbmış. Bizim günümüzə isə onların 23-ü gəlib çatmışdır. Bunlar da 1918-ci ildə İrəvanda yaşayan azərbaycanlılara qarşı ermənilərin törətdiyi qırğınlardan xilas olmağa çalışan ailə üzvlərinin özləri ilə götürə bildiyi nümunələrdir. Sulu boya qələmlə çəkilmiş həmin əsərlərin 20-si hazırda Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır...

 

Ziyadxan ƏLİYEV

Əməkdar incəsənət xadimi

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.7.