XosrovŞirin” ilə bağlı şərh və əlyazma çap olunub

 

 

 

Nizami Gəncəvinin “XosrovŞirin” poemasının şərhi və lüğət (anonim əlyazma)” kitabı “Elm” nəşriyyatında çapdan çıxıb. Kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının qərarı ilə nəşr olunub.

NizamininXosrovŞirin” poeması ilə bağlı, müəllifi bəlli olmayan, təqribən XX əsrin 30-40-cı illərinə aid əlyazma institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə tərəfindən transliterasiya edilərək geniş ön söz və altyazılarla nəşrə hazırlanıb.

Ön sözdə Ə.Nəcəfzadə əlyazmanın qələmə alınma tarixi, əsərin yazılma səbəbləri, təxmini müəllifi haqqında apardığı elmi araşdırmanın nəticələrini açıqlayır və əsərin Azərbaycan nizamişünaslığında yeri haqqında məlumat verir.

Qeyd olunur ki, əlyazma “XosrovŞirin” poemasının Rəsul Rza tərəfindən edilən bədii tərcüməsinin ilk variantına yazılan şərhlərdən biridir. Kitab poemaya yazılan şərh, əsərdəki tarixi, əfsanəvi adlarcoğrafi terminlərin izahı, çətin anlaşılan sözlərin lüğəti olmaqla üç mühüm hissədən ibarətdir.

Nəşrin elmi redaktoru AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlova, rəyçisi Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadədir.

 

Mədəniyyət.- 2019.- 9 avqust.- S.6.