Aktyor Məhərrəm Qurbanov dünyasını dəyişib

 

 

 

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov avqustun 21-də vəfat edib. Aktyor avqustun 19-da beyin insultu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Məhərrəm Valeh oğlu Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. Bakı Mədəni-Maarif Texnikumunu, Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1988-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Akademik Musiqili Teatr) truppasında fəaliyyət göstərirdi. Teatrın səhnəsində “Subaylarınızdan görəsiniz” (Əbülhəsən), “Nəğməli könül” (İnzibatçı), “92 dəqiqə gülüş” (Mağaza müdiri), “Məsmə xala dayımdır” (Cəfərqulu), “Bankir adaxlı” (Cangüdən) və başqa tamaşalarda çıxış edib. Səhnəyə çıxdığı son tamaşalardan biriBalaca şahzadə” olub. Aktyor bir sıra seriallarda da çəkilib.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.4.