Şair Oqtay Rza vəfat edib

 

 

 

Tanınmış şair, tərcüməçi, Əməkdar müəllim Oqtay Rza avqustun 18-də, 85 yaşında vəfat edib.

Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı) 1934-cü il noyabrın 2-də Salyan rayonunun Qalalı kəndində anadan olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunu (geoloq ixtisası) bitirib. Əmək fəaliyyətinə Bayıldakı Neft qazçıxarma idarəsinin 5 saylı mədənində başlayıb, operator, baş operator, neftçıxarma ustası olub. Elmi tədqiqat işi müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. N.Tusi adına ADPİ-nin Ümumi coğrafiya kafedrasında müəllim, baş müəllim, 1971-ci ildən dosent işləyib.

Bir may” adlı ilk şeiri orta məktəbdə oxuyarkən rayon qəzetində dərc olunub. Həmin vaxtdan yaradıcılıqla müntəzəm məşğul olub, bədii tərcümələr edib. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda mütəmadi çap olunub. Oqtay RzaYasəmən çiçəkləyəndə”, “Daş çırağın işığında”, “Fəsil dəyişəndə”, “Günəşin adından başqa kitabların müəllifidir. Kamennıy svetilnik” (“Daş çıraq”) şeirlər toplusu 1987-ci ildə Moskvada çap olunub.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.6.