Şövqi Hüseynov festivalda mükafata layiq görülüb

 

 

 

Rusiyanın Kineşma şəhərində (İvanovo vilayəti) ilk dəfə “Ostrovski-FEST” – Beynəlxalq kamera teatrları festivalı keçirilib.

Avqustun 14-dən 18-dək davam edən festivalda yeddi ölkədən gələn teatr kollektivləri 11 tamaşa təqdim ediblər. Festivalın proqramında artıq beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüş ən yaxşı quruluşlarda səhnə əsərləri yer alıb.

Festivalın yekunlarına dair səsvermənin nəticələrinə görə, tamaşaçı rəğbəti mükafatı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist   Şövqi Hüseynova verilib. O, “Kontrabas” tamaşasına və A.Ostrovski adına Kineşma Dram Teatrında “Məhəbbət məktubları” səhnə əsərinin quruluşuna görə mükafata layiq görülüb.

Festivalın bağlanış mərasimində Rusiyanın Xalq artisti Yevgeni Knyazevin ifasında A.PuşkininQaratoxmaq qadın” monotamaşası göstərilib.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.5.