Füzuli teatrı sərhədçilərin qonağı olub

 

 

Füzuli Dövlət Dram Teatrı Azərbaycanda sərhəd mühafizəsinin yaradılmasının 100 illiyi münasibətilə Sərhəd Qoşunlarının N saylı sərhəd dəstəsində konsert-tamaşa proqramı ilə çıxış edib.

Proqramda teatrın repertuarında olan tamaşalardan parçalar, aparıcıların əsgər həyatından bəhs edən çıxışları, hərbi-vətənpərvərlik mahnıları hərbçilər tərəfindən böyük maraqla qarşılanıb.

Sonda teatrın kollektivi mütəmadi olaraq hərbi hissədəki davamlı çıxışlarına görə, eləcə də Azərbaycan sərhəd mühafizəsinin 100 illiyi münasibətilə hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.

 

Mədəniyyət.- 2019.- 23 avqust.- S.3.