Soydaşlarımızın qurduğu nəşriyyat Fransanın kitabxana şəbəkəsində

 

 

 

Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi Fransanın MilliUniversitet Kitabxanası (BNU) şəbəkəsində rəsmi qeydiyyatdan keçib.

Nəşriyyatın rəhbəri Nicat Kazımov bu barədə məlumat verib. O bildirib ki, nəşriyyat evinin bu günə qədər işıq üzü görmüş bütün kitabları BNU-da artıq mövcuddur.

Strasburq MilliUniversitet Kitabxanasında Azərbaycan bölməsi də fəaliyyət göstərir. “Kəpəz”in nəşrləri bu bölmədə yerləşdirilib. Gələcəkdə oxucular nəşriyyat evinin bütün kitabları ilə tanış ola biləcəklər.

BNU şəbəkəsində Nəriman Nərimanovun “Bahadır və Sona”, Hüseyn Abbaszadənin “Haradansınız Müsyö Abel?”, “Azərbaycan ədəbiyyatı antologiyası - XIX əsrdən günümüzə qədər”, Əhməd bəy Ağayevin “Müsəlman dünyasında reformlar”, Çingiz Abdullayevin “Şübhəsiz metamorfoza”, Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” kitablarını əldə etmək olar.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.2.