Muğam dünyasına səyahət”də növbəti konsert

 

 

 

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə reallaşanMuğam dünyasına səyahət” layihəsinin növbəti konsert proqramı avqustun 25-də Buzovna qəsəbəsi Ruhulla Axundov adına Mədəniyyət evində keçirilib.

Buzovna sakinləri qarşısında tarzən Əli Əliyev və kamança ifaçısı Abbas Əliyevin müşayiəti ilə xanəndələr Elgiz Əliyev, Könül Xəlilzadə və Məhəbbət Səfərov çıxış ediblər. Təqdim edilən “Segah”, “Mahur”, “Şur” muğamları və təsniflər maraqla qarşılanıb.

Qeyd edək ki, bu ilin iyul ayından start götürən “Muğam dünyasına səyahət” layihəsi ilin sonuna kimi davam edəcək.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.3.