Tarix Muzeyi ilə Avstriya universiteti arasında memorandum

 

 

 

Avqustun 26-da Avropa Komissiyasının “Horizon-2020” proqramı tərəfindən maliyyələşdirilənBiliyin mübadiləsi akademik mədəniyyətlər humanitar elmlərdə: Avropa Qara dəniz bölgəsilayihəsinin rəhbəri üzvləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar.

Layihənin baş əlaqələndiricisiAvstriya Karol Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropanın tarixi antropologiyası kafedrasının müdiri, professor Karl Kazer, Bolqarıstanın Cənub-Qərb Universitetinin əməkdaşları, dosentlər Maryana Piskova Anastasiya Paşova layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi – AMEA-nın Arxeologiya Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənov MATM-in direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər.

Akademik Nailə Vəlixanlı muzeyin elmi fəaliyyəti, fondları haqında ətraflı məlumat verib.

Qonaqlar muzeyin Şərq zalı orada gedən bərpa işləri ilə tanış olublar. Muzeyin zəngin fondları, kolleksiyası qonaqların marağına səbəb olub. Onlar muzeydə araşdırma aparmaq istədiklərini bildiriblər. Tədqiqatın məqsədi muzeydə qorunan fotomaterial digər sənədli materialların sistemli şəkildə daha peşəkar təhlil olunmasıdır.

Qeyd edək ki, Avstriya KarolFrans adına Qrats UniversitetiMilli Azərbaycan Tarixi Muzeyi arasında memorandum imzalanacaq. Memorandumun əsas məqsədi beynəlxalq əlaqələrin inkişafı və elmi biliklərin mübadiləsindən ibarətdir.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.3.