“Şərq təranələri” dünya musiqilərini bir araya gətirib

 

 

75 ölkənin qatıldığı festivalda Azərbaycan da təmsil olunur

 

Avqustun 26-da Özbəkistanın Səmərqənd şəhərindəŞərq təranələri” XII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib.

Musiqi bayramında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun Baş direktoru Odri Azule, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev, Rusiya Prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Vladimir Tolstoy, bir sıra ölkələrin mədəniyyət nazirləri digər yüksək səviyyəli qonaqlar, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət incəsənət xadimləri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da açılış mərasiminə qatılıblar.

Prezident Şavkat Mirziyoyev mərasimdə çıxış edərək nümayəndə heyətlərini salamlayıb, festival iştirakçılarına uğurlar arzulayıb. Dövlət başçısı bildirib ki, festivalın populyarlığı ildən-ilə artır. Belə ki, birinci festivalda 30 ölkə iştirak etmişdisə, budəfəki festivalda 75 ölkə təmsil olunur.

UNESCO-nun Baş direktoru Odri Azule xalqlar arasında etimadın möhkəmlənməsindəŞərq təranələriBeynəlxalq Musiqi Festivalının böyük rolu olduğunu vurğulayıb.

Dünyanın 75 ölkəsindən 340 ifaçının qatıldığı festivalda ölkəmizi gənc xanəndə Pərviz Qasımov təmsil edir. Onu çıxışı zamanı Əməkdar artist Malik Mansurov (tar), Əməkdar artist Elşən Mansurov (kamança) Ramin Abdullayev (nağara) müşayiət edəcəklər.

Azərbaycan təmsilçiləri ötən illərdə bu nüfuzlu musiqi festivalında uğurla iştirak ediblər. 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-pri mükafatına layiq görülüb. 2017-ci ildə gerçəkləşən XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-prini ikinci dəfə Azərbaycana gətirib. Ayrı-ayrı vaxtlarda ustad xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.

Xatırladaq ki, UNESCO-nun da dəstək verdiyiŞərq təranələrifestivalı 1997-ci ildən etibarən iki ildən bir keçirilir.

Festival avqustun 30-dək davam edəcək.

***

Ənənəvi olaraq Səmərqənd festivalı çərçivəsində beynəlxalq elmi konfrans da keçirilir. Budəfəki konfransMaddi qeyri-maddi mədəni irsin qorunması: aktual problemlər strategiyalarmövzusuna həsr olunub. Beynəlxalq konfransda 30-dan çox ölkədən gələn 300-dək şərqşünas alim, ekspert, UNESCO-nun  nümayəndələri iştirak edirlər.

Konfransa AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan alimləri qatılıb.

Tədbiri Özbəkistan Respublikasının Baş Naziri Abdulla Aripov açaraq maddi qeyri-maddi mədəni irsin qorunması sahəsində ölkədə görülən işlər haqqında məlumat verib.

Daha sonra çıxış edən UNESCO-nun Baş direktoru Odri Azule bildirib ki, maddi qeyri-maddi dəyərlərin qorunması, mədəniyyətlərarası dialoqun inkişafında universal dil olan musiqinin inkişafı sahəsində Özbəkistanda çox görülüb.

SəmərqəndiŞərqin mirvarisiadlandıran MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, hər dəfə bu qədim şəhərə gələndə, onun təkrarsız abidələrinə baxmaq heyranlıq doğurur.

Konfransın bölmələr üzrə keçirilən iclaslarında Azərbaycan alimlərinin çıxışları dinlənilib.

***

Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində SəmərqəndinReqistanmeydanında bu qədim şəhərdə bişirilən 52 növ çörəyin yer aldığı sərgi açılıb.

Sərgidə buğda, arpa, çovdar, qarğıdalı unundan hazırlanan müxtəlif növ və biçimdə olan çörəklər nümayiş etdirilir.

 

Mədəniyyət.- 2019.- 28 avqust.- S.1;3.