YARAT Akademiyası payız sessiyasına start verir

 

YARAT Müasir İncəsənət Məkanı YARAT Akademiyasının növbəti payız sessiyasını elan edir.

Layihə 3 ayı əhatə edəcək. Mövzusu Qeyri-ənənəvi tarix olan sessiyada iştirakçılar çoxşaxəli tədqiqat metodları tematik araşdırma metodu ilə tanış olacaq, tanınmış beynəlxalq yerli rəssamlar, tədqiqatçılar professorlarla görüşəcək, habelə panel müzakirə seminarlarda iştirak edəcək kursun sonunda verilmiş tapşırığı yerinə yetirməklə əldə edilmiş bacarıqları praktiki sahədə tətbiq edəcəklər.

YARAT Akademiyasının bütün xarici mütəxəssis mühazirələri Azərbaycan dilinə sinxron ya ardıcıl tərcümə olunur.

Sentyabrın 5-də musiqiçi, bəstəkar prodüser Diana Hacıyevanın Şəffaf: dərin rəng kimi adlı performansı təqdim olunacaq.

Performans YARAT Müasir İncəsənət Mərkəzində rəssam Zadi Çanın Maqohalmi övladı yaradılış sədası adlı fərdi sərgisi çərçivəsində reallaşacaq.

Yarı improvizə edilmiş musiqili çıxışda akustik baraban, iri elektron baraban, immersiv gitara rifləri, genişhəcmli elektron ped alətinin səsləri və məlahətli vokal tədricən şaman mahnılarına keçid alır.

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.2.