“Bakı gecələri” – tamaşa-konsert

 

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami adına Mədəniyyət Mərkəzi Filarmoniya bağında “Bakı gecələri” adlı tamaşa-konsert proqramı təşkil edib.

Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Mərdəkan” xalq teatrının üzvləri tərəfindən “Kəloğlanın nağılı” adlı tamaşadan bir parça oynanılıb. Uşaqların sevimli obrazları olan Şah, Vəzir, Kəloğlan, Loğman, Şah qızı, Ana obrazları məharətlə oynanılıb.

Tədbirdə bir-birindən maraqlı rəqs nömrələri təqdim edilib. Tamaşaçılar rəsm əsərləri və əl işlərindən ibarət guşə ilə də tanış olublar.

Tamaşa-konsert proqramının keçirilməsində əsas məqsəd əhalinin asudə vaxtının səmərəli təşkili, xarici qonaqları Azərbaycan folkloru və incəsənəti ilə tanış etməkdir.

 

Mədəniyyət.- 2019.- 30 avqust.- S.4.